SON DƏQİQƏ

Mixəyin müalicəvi təsirləri

Tarix:

18-10-2019, 20:47

/ 1 238 dəfə oxundu.
Mixəyin müalicəvi təsirləri

Digər ədviyyatlar kimi mixək də öz ətri ilə xoş duyğular bəxş etməklə yanaşı, həm də müalicəvi təsirlərə malikdir.

GunAz.az-ın məlumatına görə hər gecə yatmazdan əvvəl 1 mixək çubuğu çeynəmək öskürəyin qarşısını alır və ağızdan gələn qoxunun aradan qaldırılmasını təmin edir.

Mixəyin su ilə qarışdırılıb içilməsi bədəndə şişkinliyin azalmasına səbəb olur. Onun dəmləməsi sakitləşdirici təsirə malikdir. Qrip və soyuqdəymə zamanı həmin dəmləmədən içmək boğaz ağrılarını aradan qaldırır. İştahanı artırır, immuniteti gücləndirir, yorğunluğu aradan qaldırır, yaddaşı möhkəmləndirir.

Bir stəkan qaynar suyun içərisinə 9-10 mixək atılaraq 5-6 dəqiqə dəmlənilir və hər səhər həmin çaydan bir stəkan içilir.

Lakin onu da nəzərə almaq lazımdır ki, gözəl dada malik mixək çayının çox içilməsi boğazda qıcıqlanma və bədəndə allergiya yaranmasına səbəb ola bilər.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ