SON DƏQİQƏ

Şirniyyatı sevən bəzi insanlar niyə kökəlmir? - SƏBƏB

Tarix:20-09-2019, 18:30 Oxunub:1 764

Bəəzi insanlar şirniyyatı və karbohidratlı yeməkləri xoşlasalar da, qamətləri şux qalır. Ekseter və Kopenhagen Universitetlərindən olan mütəxəssislərin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, bu, həmin insanların genetikası ilə bağlıdır.

GunAz.az bildirir ki, belə bir genetik xüsusiyyətin mövcud olmasını sübut edən tədqiqatların nəticələri "Cell Reports" jurnalında dərc edilib.
Adətən piylənməni çoxlu şirniyyat yeməklə əlaqələndirirlər. Orqanizmin karbohidragentləri mənimsəməsinin fizioloji mexanizmi elədir ki, bu maddələrin çox qəbul edilməsi piy toxumasının qalınlaşmasına səbəb olur. Lakin bəzi insanların genləri şirniyyatdan kökəlməməyə imkan verir.

Anadangəlmə şirniyyata meylli insanların genlərinin öyrənilməsi məqsədilə 450 min insan üzərində tədqiqat aparılıb. Müəyyən edilib ki, anadangəlmə şirniyyata meylli insanlar FGF21 geninindaşıyıcılarıdır və bu gen həmin insanların kökəlməməsinə imkan verir.

Tədqiqatçılar bildiriblər: "Bu genin daşıyıcıları şirniyyata anadangəlmə meylli olur, lakin başqa insanlarla müqayisədə onların bədənində piy toxuması az olur".Tədqiqatçıların sözlərinə görə, bu genlə bağlı araşdırmalar hələ davam etdirilməlidir. Onlar güman edirlər ki, bu xüsusiyyət bəzi neqativ aspektlərlə bağlı ola bilər.

N.SAFURA

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<