SON DƏQİQƏ

Xoşbəxt olmanın SİRRİ

Tarix:

27-03-2018, 18:30

/ 10 416 dəfə oxundu.
Xoşbəxt olmanın SİRRİ

Stendford institutunun mütəxəssisləri keçirdikləri təhqiqatlar nəticəsində xoşbəxtliyə çatmağın yollarını tapıblar.Təhqiqatların nəticəsində məlum olub ki, insanlar əlindən gələn yaxşılıqları digərlərinə edən zaman özlərini xoşbəxt hesab edirlər.

Gunaz.az bildirir ki, sözügedən təhqiqatda bir neçə könüllü insan iştirak edib. Təhqiqatların nəticəsində məlun olub ki,  nəyisə kiməsə bəxş edən insanlar, kimdənsə nəsə qəbul edən insanlardan daha xoşbəxt olurlar.

Mütəxəssislər qeyd ediblər ki, altruizm insanların həmçinin ömrünün artmasına da səbəb olur.

Alimlər bildiriblər ki,  insanların xoşbəxt olmasına səbəb heç də yığılan pullar və əşyalar olmur. Xoşbəxtliyin həqiqi səbəbi insanın öz həyatından məmnun olmasıdır.  Bu məmnunluğu da insan başqalarından nəyisə əldə etmək də yox, onlara yardım etməklə əldə edə bilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ