SON DƏQİQƏ
» » Günə gümrah və fəal başlamaq istəyənlərin -NƏZƏRİNƏ

Günə gümrah və fəal başlamaq istəyənlərin -NƏZƏRİNƏ

Tarix:

7-02-2018, 11:41

/ 1 218 dəfə oxundu.
Günə gümrah və fəal başlamaq  istəyənlərin -NƏZƏRİNƏ

Günə gümrah və fəal başlamaq üçün məsləhətlər.

Səhərlərin erkən saatlarında orqanizmin enerjisinin daha yüksək olmasına görə, gündəlik həyatda erkən qalxmaq daha səmərəli olmağı bilir.

Ancaq səhərlər erkən qalxmaq, günə gümrah və fəal başlamaq bir çox insan üçün olduqca çətin bir vəziyyətdir.Ekspertlərə görə, kifayət qədər və keyfiyyətli yuxunun insanlar üzərində müsbət nəticələri olur və bunun nəticəsində səhərləri yaşadığımız problemlər, problem olmaqdan çıxır.

İlk yuxudan oyanarkən günə necə başlayacağınız o günün necə gedəcəyini kiçik bir göstəricisidir əslində.Bu səbəblə günə gümrah və fəal başlamaq bütün gün müsbət bir şəkildə əks olunacaqdır.

Günə gümrah və fəal başlamaq üçün edilməsi lazım olanlar.

Keyfiyyətli bir yuxu yatmağınız, günə sakit başlamağınız və bütün enerjinizi gün içinə verməyiniz üçün bəzi məqamlara diqqət etməyiniz sizi daha xoşbəxt və rahat hala gətirəcəkdir. Praktika, bəzi detallar sayəsində bu problemi aradan qaldıra bilərsiniz.

Axşamları çox yeməyin: Keyfiyyətli bir yuxu çəkmək və ertəsi gün sakit bir şəkildə oyanmaq istəyən adamlar, axşam yeməyində çox yemək yeməməyə diqqət etməlidirlər. Həmçinin yuxuya getməzdən 2-3 saat əvvəl hər hansı bir şey yeməməyə, ya da qəhvə və çay kimi içkilər içməməyə də diqqət göstərməlidirlər.

 

Səhərləri edilən kiçik məşqlər unutmayın: Səhərlər yuxudan oyandıqdan sonra qolları yuxarı qaldıraraq bir neçə dəqiqə davam edən kiçik məşqlər keçirməyiniz, həm duyğularınızı hərəkətə keçirəcək, həm də özünüzü daha gümrah hiss etməyinizi təmin edəcəkdir.

Səhər yeməyini və su içməyi laqeydlik etməyin: Su metabolizmin işləməsi üçün havadan  sonra ümumiyyətlə ən mühüm qida mənbəyimizdir. Günə fəal başlamaq üçün olmasa-olmazlardan biri də səhər ilk işiniz bir stəkan su içmək və günə gözəl bir yemək ilə başlamağınızdır. Həmçinin səhər yeməyini yeməyiniz və su içməyin səhərlər müvazinəti və səmərəni daha da artırdığını demək olar.

 

Bir xobbi tutun: Səhərlər qalxanda kef alınan bir işlə məşqul olmaq yataqdan qalxmaqı asanlaşdıran ən mühüm fəaliyyətlərdən biridir. Bu səbəbdən də səhər yuxusunu çox sevən insanların səhər durar-durmaz edəcəkləri gözəl bir fəallıq daha xoşbəxt olmalarını təmin edə bilər. Bununla yanaşı gün ərzində hər hansı bir işlə məşqul olan şəxslərin 90-120 dəqiqə sonra səmərələri düşəcəyindən iş zamanı bir şeylər içmələri və ya 15 dəqiqə qədər yürüş etmələri səmərəli işləmək baxımından da olduqca faydalıdır.

 

Səidə Seyidova

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ