SON DƏQİQƏ
» » Xərçəngin səslə müalicəsi - İnanılmaz effekt

Xərçəngin səslə müalicəsi - İnanılmaz effekt

Tarix:

16-01-2019, 11:40

/ 10 423 dəfə oxundu.
Xərçəngin səslə müalicəsi - İnanılmaz effekt

İngiltərədəki Royal Mardsen Xəstəxanasının elmi əməkdaşları səs dalğalarından istifadə edərək xərçəng mənşəli hüceyrələri yox etməyi bacardıqlarını açıqlayıblar.

GunAz.az xəbər verir ki, tədqiqatçı alimlərin rəyinə görə, bu üsulla xərçəngli zonadakı hüceyrələri məhv edərkən, ətrafdakı hüceyrələrə heç bir ziyan dəymir.

“Hələ ki, təcrübə mərhələsindəyik” deyən mütəxəssislər xüsusi ultrason cihazında istifadə olunan səs dalğalarını 10 min qat artıq güclə xərçəng mənşəli hüceyrələrə yönəltməklə onların eynilə mikrodalğa sobasında yandığı kimi yanmalarının mümkün olduğunu qeyd ediblər.

Səs dalğaları vasitəsi ilə aparılan müalicə zamanı bir-iki saniyə ərzində bu sahədə 55 dərəcəlik bir istilik yarandığını müəyyən edən mütəxəssislər bununla istiliyə dözümsüz xərçəngli sahənin yanaraq aradan qaldırıldığını təkid edirlər.

Hər hansı bir anesteziya lazım olmayan müalicədən sonra əməliyyata belə ehtiyac qalmadığını müəyyən edən həkimlər bu ana qədər 23 xəstənin üzərində həmin üsulla aparılmış müalicənin uğurlu olduğunu vurğulayıblar.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ