SON DƏQİQƏ

Qışda bu qidalar faydalıdır - Məsləhət

Tarix:

2-12-2018, 16:41

/ 10 477 dəfə oxundu.
Qışda bu qidalar faydalıdır - Məsləhət

Qış fəslinin yaxınlaşması ilə əlaqədar qapalı yerlərdə çox vaxt keçirmək və oturaq həyat tərzi mövsümü xəstəliklərə şərait yaradır. Qışda bədən daha çox enerji itirir və qidalanma sistemi dəyişildiyi üçün çəki artır, immun sistemi zəifləyir. Bu vəziyyət isə xəstəliklərin yaranmasına səbəb olur. Elə isə qışda xəstəliklərdən necə qorunmaq lazımdır?

GunAz.az mövzu ilə bağlı mütəxəssis məsləhətlərini təqdim edir.

Mütəxəssislərin fikrincə, qışda soyuqdan təsirlənən orqanizm qrip infeksiyalarına qarşı daha həssas olur. Ona görə də C vitamini zəngin olan qidalardan istifadə etmək lazımdır. Bura portağal, mandarin, qreyfurt kimi meyvələr daxildir. Bundan başqa çuğundur, turp, kök, kərəviz, ispanaq, kələm kimi tərəvəzlər də qışda immun sistemini gücləndirir və xəstəliklərə qarşı qoruyucu funksiyasını həyata keçirir.

Qışda maye ehtiyacınız üçün yetərli su içimirsiniz. Lakin bədənin maye ehtiyacını normada saxlamaq üçün ən azı 2 litr su içmək lazımdır. Metabolizmanın susuz buraxılması bədəndəki zəhərli maddələrin atılmasına mane olduğu kimi, piylənməni də artırır. Beləliklə, yetərli su içməmək çəki artımını sürətləndirir.
İmmunitetinizi gücləndirmək və xəstəliklərdən qorunmaq üçün bəzi qidaları gündəlik rasionunuza daxil etməlisiniz.
Balıq qışda süfrədən əskik olmamalıdır. Tərkibindəki omeqa 3 yağına görə balıq immun sistemini gücləndirir. Həftədə ən azı iki dəfə balıq yemək lazımdır.

Qışda günəşli günlərin azalması səbəbindən D vitamininin qəbulu azalır. Ancaq havanın gözəl olduğu günəşli qış günlərində də gəzintiyə çıxıb günəş şüalarından yararlana bilərsiniz.

Soyuq havada bədənin temperaturu adətən düşür, bunu normada saxlamaq üçün su ilə yanaşı itburnu çayı, nanəli və limonlu çay içə bilərsiniz.

Qış aylarının uzun gecələrində heç bir enerji dəyəri olmayan lazımsız və şəkərli qidalardan uzaq durmalısınız. Xüsusilə kalori dəyəri artıq olan xəmirli və şəkərli yeməklərdən imtina etmək lazımdır.

Sarımsaq və soğan təbii antibiotikdir. Qış aylarında yeyilməsi immun sistemini gücləndirir. Qışda tərəvəz və meyvə ilə zəngin süfrələr hazırlanmaldır. Xüsusilə yaşıl yarpaqlı tərəvəzlər həm vitamin, həm də elementlər baxımından zəngin olduğu üçün xəstəliklərə qarşı qoruyucudur.

Sink azlığı immun sisteminin zəifləməsinə səbəb olur. Xüsusilə qırmızı və ağ ət sink baxımından ən zəngin qida qaynağıdır.

Qış aylarında immun sistemi qoruyucu hüceyrələr vasitəsilə işləyir. Ona görə də stress, depressiya, yorğunluq və kədərli olmaq qoruyucu sistemi zəiflədir. Xüsusilə də qapalı yerlərdə çox qalma ehtimalına görə stress nəzarəti önəmlidir. Xroniki stressin yol açdığı depressiya halları immun sistemini zəiflətdiyi üçün onun fərqində olan kimi həkimə müraciət etmək lazımdır.
Aytən

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ