SON DƏQİQƏ
» » Günün qoroskopu: Təkliflər və yeni imkanlar diqqətəlayiqdir

Günün qoroskopu: Təkliflər və yeni imkanlar diqqətəlayiqdir

Tarix:

20-02-2017, 00:40

/ 4 855 dəfə oxundu.
Günün qoroskopu: Təkliflər və yeni imkanlar diqqətəlayiqdir

Gunaz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - emosional davranmayın, aktiv fəaliyyətə başlayın. Sakitləşməyinizi istəyən insanların məsləhətlərinə qulaq asın.
Buğa
- xoş sürprizlər vəd edir. Köhnə dostlarla görüş olacaq. Sizi yaxşı xəbərlər gözləyir. Alış-verişdə bədxərclik etməyin. İri məbləğdə məsrəfləri təxirə salın.
Əkizlər
- iş və gərginlik artır. Yeni planlar sizi ruhlandıracaq. Amma sizi nə isə geri çəkəcək. Çin olmayacaq arzularla ümidlərə aldanmayın.
Xərçəng
- sizi pərişan edə biləcək informasiyanın alınması, harasa yollanmaq və problemləri çözmək ehtiyacı yarana bilər. Çətin situasiyada çıxış yolunu tapmaq imkanı formalaşır.
Şir
- öz işlərinizlə məşğul olmaqla yanaşı, yaxın ətrafınızdakı insanların problemlərinin həllinə diqqət ayırmağı da unutmayın. Səhhətinizə fikir verin. Günün ikinci yarısında fiziki iş, ev işi, açıq havada gəzintidə fayda var.
Qız
- şəraitdəki ən kiçik dönüşlərə ifrat emosionallıqla reaksiya verməyin. Hisslərinizin əsiri olmayın, yaşananlarda yalnız mənfi çalarlar aramayın.
Tərəzi
- ani impuls və ya daxili gərginlik nəticəsində özünüzlə yanaşı, yanınızdakı insanların əməllərini yanlış dəyərləndirməyin. Səfər və görüşü təxirə salın.
Əqrəb
- axınla hərəkət edin, ehtiyac yarananda situasiyadan asılı olaraq duruma düzəlişlər edin. Böyük məsrəf və məntiqsiz xərc tələb edən işlə bağlı sizi dilə tutmağa çalışacaqlar, amma belə təkliflərə aldanmayın.
Oxatan
- işdən və ya sövdələşmədən əldə ediləcək gəliri hesablamamış razılaşmayın. Köhnə münasibətləri qaydaya salın, yeni tanışlıqlardan faydalanmağın yollarını düşünün.
Oğlaq
- fəaliyyət tempini nizamlayın, bir qədər ehtiyatlı davranın. Tərəfdaş və ya iş yoldaşınızın maraqları, problemlərində hali olmağa çalışsanız, səyləriniz minnətdarlıqla qarşılaşacaq.
Dolça
- hissiyata güvənin, hadisələrin inkişaf məcrasına sərt müdaxilə etməyin. Təkliflər və yeni imkanlar diqqətəlayiqdir. Münasibətlər dayanıqlı deyilsə, istənilən xırdalıq səbr kasasını daşdıra biləcək son damla ola bilər.
Balıqlar
- həssas olmasanız, etibarlı və səbatlı olmasını istədiyiniz məkanda qarğaşa yarana bilər. Bütün diqqəti işə yönəldin, yaxın ətrafınızdakı insanlara yalnız ehtiyac yarandığı təqdirdə müraciət edin.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ