SON DƏQİQƏ
» » Günün qoroskopu: Şəxsi həyatda dəyişikliklər ola bilər

Günün qoroskopu: Şəxsi həyatda dəyişikliklər ola bilər

Tarix:

20-01-2017, 00:54

/ 9 685 dəfə oxundu.
Günün qoroskopu: Şəxsi həyatda dəyişikliklər ola bilər

Gunaz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - siz və həmfikirləriniz uğur əldə edə bilərsiniz. Batininizdəki enerjini çölə çıxarsanız, daha aktiv fəaliyyət alınar. Hissiyatınıza güvənin - o, sizə doğru yol göstərəcək. Problemləri həll edin, işlərdə zəif "bənd"i tapın.
Buğa
- bütün "cəbhə"lərdə işləri başa vurmağa çalışsanız, səhhətiniz zərbə ala bilər. Maraqlar dairəsini məhdud dairədəki işlər və tapşırıqlarla müəyyənləşdirin. İşdən sonra stressdən qurtulmağa imkan verən istənilən məşğuliyyət yaxşıdır.
Əkizlər
- başladığınız hər işi tamamlayın. Yaxın ətrafınızdakı insanlar sizi yeni əməllərə, cari işdə yeni ideyaların axtarışına təşviq edə bilərlər. Lakin planlarınızın reallaşmasında müttəfiq sizdən uzaqdakı insan olacaq.
Xərçəng
- Ay və Oxatanın münasibətləri intellektual məşğuliyyətlə yanaşı, fiziki işlər üçün də əlverişlidir. Axşam saatlarında apatik, ətalətli istirahəti seçməyin. Aktiv olun.
Şir
- maraqlı hadisələrin axarına düşərək yeni imkanlardan ruhlana bilərsiniz. Maraqlarınız və gözləntiləriniz hazırda sizdən uzaq olan nəsnə ilə bağlıdır. Həmin nəsnə hələlik əlçatmaz, amma istəniləndir.
Qız
- bu gün axtarışda olmaq yaxşıdır. Yeni xəbərlər gözləyin. İnformasiya cazibədar olacaq, planları dəyişəcək. Axşama yaxın emosional ləngər vurma, bunun nəticəsi olaraq qəfil həllər və addımlar mümkündür.
Tərəzi
- kiməsə yardım etmək, başqasının işini görmək ehtiyacı yarana bilər. Axşam saatlarında özünüzə diqqət yetirin. İmicinizin yaxşılaşdırılması yollarını düşünün.
Əqrəb
- günün narahatlığı, işin gərginliyinin müqabilində yaxşı pul əldə etsəniz, rahatlaşacaqsınız.
Oxatan
- çox rahat gündür. Məhsuldarlığa nail olmaq istəsəniz, diqqətinizi daha çox cəmləməli, aktiv çalışmalısınız. Sizə maraqlı gələn işlə məşğul olmasanız, rəqibi qabaqlamağa can atın.
Oğlaq
- dəyərli təəssüratlar üçün uzağa yollanmağa ehtiyac yoxdur - hər şey yaxınlıqdadır. Çoxdan bələd olduğunuz nəsnələrin əslində indiyədək bəlli olmayan yönlərini anlamağa, görməyə çalışın. Axşam saatlarında sevimli insanı kiçik hədiyyə ilə sevindirin.
Dolça
- yaxın ətrafınızdakı insanları yeniliklərin qaçılmazlığına inandırmaq istəyirsinizsə, arqumentləriniz və sübutlarınız maraqlı olmalıdır. Şəxsi həyatda dəyişikliklər ola bilər.
Balıqlar
- maraqlı hadisələrin axarına düşəcək, ilham hissini duyacaq, yeni imkanlardan şövq alacaqsınız. Maraqlarınız və gözləntiləriniz indi yaxında olmayan nəsnə ilə bağlıdır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ