SON DƏQİQƏ
» » 2 yaşlı uşağı şikəst etdi, zibilxanaya atdı - VƏHŞİLİK FOTODA

2 yaşlı uşağı şikəst etdi, zibilxanaya atdı - VƏHŞİLİK FOTODA

Tarix:

10-01-2017, 15:55

/ 5 976 dəfə oxundu.
2 yaşlı uşağı şikəst etdi, zibilxanaya atdı - VƏHŞİLİK FOTODA

"Bu vəhşiliyi görəndə göz yaşlarımı saxlaya bilmədim. Hönkürüb ağladım, halbuki 22 ildən bəri bu hospitalda çalışıram, hər cür xəstə, yaralı görmüşəm".
Hindistanın paytaxtı Dehlidəki "Ganga Ram" hospitalının həkimi Narasinqha Prasab kövrəlib. O, balaca, 2 yaşlı Adityanın yanında durub göz yaşlarını silib.
Məlumata görə, 2 yaşlı Aditya Racı oynadığı həyətdən oğurlamışdılar. Onun üzünə kükürd turşusu töküblər, sonra üzünün dərisi yanıb sallanan, ağrıdan və əzabdan nalə çəkən uşağı zibilxanaya atıblar.
Ağlamaqdan səsi tutulan uşağı yoldan keçən qadın görüb və dərhal polisə zəng vurub.
Hospitala aparılan Aditya reanimasiya bölməsindədir. Onun üzünün sağ tərəfi yanıb, sağ gözü kor ola bilər.
Polisdən verilən məlumata görə, uşağa qarşı cəlladlıq faktı ilə bağlı cinayət işi qaldırılıb, istintaq gedir.
Adityanın anası, 25 yaşlı Soni Prasad da ağlayır. Onun dediyinə görə, balasının başına gələnlərdə suçlu odur.
"Mənəm günahkar. Bunu kimin etdiyini bilirəm. Manqaladır, 27 yaşı var. O əclaf mənimlə evlənmək istəyən murdardır. Mənə məşuqəsi olmağı təklif etdi. Söydüm, rədd etdim. Əyyaş, narkoman birisidir. O şərəfsiz də məni cəzalandırmaq, məndən qisas almaq üçün oğluma qıydı, Adityanı bu günə qoydu. Ağlamaqdan az qalır ürəyim yatsın. Balama baxa bilmirəm. Aditya yeganə övladımdır", - Soni Prasad deyib.
Soni Prasadın sözlərinə görə, Manqala ona əxlaqsız təklif edən kimi bunu ərinə, 33 yaşlı Camnaya deyib.
Manqala pullu adam, Camna isə adi fəhlədir.
"Manqala məndən əl çəkmirdi. Harada görürdü, yaxınlaşıb "ərindən ayrıl, gəl birlikdə yaşayaq" söyləyirdi. Ərim nə edə bilərdi ki?! Manaqalanın pulu, adamları var. Ərimsə adi fəhlə..." - Soni söyləyib.
Onun sözlərinə görə, Manqaladan qurtulmaq üçün Dehlini tərk edərək Quruqram bölgəsindəki Şanti Naqar şəhərinə köçmüşdülər. Amma Manqala orada da Sonidən əl çəkməyib.
Naçar ailə yenidən Dehliyə qayıdıb, çünki Şanti Naqarda iş yoxdu, Camna işsiz qalmışdı.
Hamiləliyin 8-ci ayında olan Soninin sözlərinə görə, əri onu sakitləşdirməyə çalışır: "Mənə deyir ki, oğlumuzu görəndə qorxmayım. Adityanı görməyə qorxuram. Qorxuram ki, ürəyim yatar". "Ganga Ram" hospitalının həkimi, plastik cərrah Anuraq Pandeyin dediyinə görə, uşağı müalicə etmək üçün əllərindən gələni edirlər: "Adityanın sağ gözünün kor olmamasına çalışırıq. Cəlladlıqdır. Bu vəhşiliyə Tanrı dözər?!"

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ