SON DƏQİQƏ
» » Bakıda dəhşətli qətl: ər qardaşı ilə birləşib...

Bakıda dəhşətli qətl: ər qardaşı ilə birləşib...

Tarix:

7-03-2020, 13:40

/ 1 903 dəfə oxundu.
Bakıda dəhşətli qətl: ər qardaşı ilə birləşib...

Martın 6-da Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən daş karxanasında Məhəmmədi qəsəbəsində yaşayan Zərnişan Hacıyevanın, Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində isə Natiq Talıbovun qətlə yetirilən meyitlərinin tapılmaları barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumatlar daxil olub.

 

DİN-in Mətbuat Xidmətindən GunAz.az -a verilən məlumata görə, dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

 

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin münaqişə zəminində Z.Hacıyevanın əri A.Hacıyev və onun qardaşı tərəfindən törədilməsi müəyyən edilib.

 

S.Hacıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilmişdir. Digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

 

скачать dle 12.1

Şərhlər