SON DƏQİQƏ

Azərbaycanda “Tarla günü” keçiriləcək

Tarix:

23-07-2019, 21:36

/ 865 dəfə oxundu.
Azərbaycanda “Tarla günü” keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutu və “Azseeds” MMC-nin birgə təşkilatçılığı ilə avqustun 8-də “Tarla günü” keçiriləcək.

İnstitutdan GunAz.az-a bildirilib ki, “Tarla günü”ndə 18 növ bitkinin 167 çeşidinin təqdim olunması planlaşdırılır.

Genetik Ehtiyatlar İnstitutunun Saray dayaq məntəqəsində keçiriləcək tədbir fermer, sahibkar və alimləri hibrid və sortların səciyyəvi xüsusiyyətləri barədə məlumatlandırmaq məqsədi daşıyır.

Qeyd edək ki, tədbir Genetik Ehtiyatlar İnstitutu ilə “Azseeds” MMC arasında ölkə əhalisinin ekoloji təmiz tərəvəz məhsulları ilə təmin olunması məqsədilə imzalanan əməkdaşlıq müqaviləsinə əsasən keçirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ