SON DƏQİQƏ
» » Aranda hava kəskin dəyişdi - “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi

Aranda hava kəskin dəyişdi - “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi

Tarix:

24-05-2019, 21:52

/ 325 dəfə oxundu.
Aranda hava kəskin dəyişdi - “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi

“Azərişıq” ASC Mərkəzi Aran regionlarında güclü külək və dolu ilə əlaqədar qabaqlayıcı tədbirlər görür.

Mərkəzi Aran regionunda hava şəraitinin kəskin dəyişilməsini nəzərə alaraq mayın 24-i axşam saatlarında baş verə biləcək hadisələrin qarşısının alınması məqsədi ilə “Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülür.

GunAz.az-ın məlumatına görə, bu barədə  “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. 

Onun sözlərinə görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə Goranboy, Tərtər və Bərdə rayonlarında regional enerji təchizatı idarələri, şəhər-rayon elektrik şəbəkələri üzrə təsis edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib, “Azərişıq” tərəfindən qabaqlayıcı tədbirlər görülür.

“Texniki Departamentə tabe olan xidmət sahələrində və avtonəqliyyat idarəsində növbətçilik təşkil edilərək zəruri olan materialların ehtiyatı yaradılıb. Hazırda ölkə boyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Gecə saatlarında bəzi yerlərdə baş verən qəzaların nəticələri operativ aradan qaldırılır. Güclü küləyin təsiri nəticəsində fərdi qaydada belə hər hansı problemlər yaranarsa, istehlakçılardan 199 Çağrı Mərkəzinə zəng etmələri xahiş olunur. Daxil olan müraciətlərə əsasən harada problem yaranarsa, “Azərişıq” ASC-nin əməkdaşları bu problemi operativ qaydada aradan qaldırmağa tam hazırdır”, - deyə qurum rəsmisi qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ