SON DƏQİQƏ
» » “Transneft” niyə Mahaçqalada neftin nəqlini dayandırıb?

“Transneft” niyə Mahaçqalada neftin nəqlini dayandırıb?

Tarix:

2-04-2019, 19:44

/ 10 347 dəfə oxundu.
“Transneft” niyə Mahaçqalada neftin nəqlini dayandırıb?

Rusiya monopolisti “Transneft” RF ərazisindən neftin nəqlinə dair müqavilənin olmasına baxmayaraq, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) cari ilin aprel ayından sonuna qədər Mahaçqala limanından neftin nəqlinə qadağa qoyub.

Bu barədə News.ru-ya neft bazarındakı mənbə məlumat verib.

Mümkün səbəblər arasında Mahaçqala limanında məhdud texniki imkanlar göstərilir. Mənbələr iddia edirlər ki, Qazaxıstan və Türkmənistan tərəfindən neft tədarükünün artırılması ilə əlaqədar Rusiya nəqliyyat monopoliyası bu ərazidə karbohidrogenlərin həcmi ilə bacarmayıb.

Mənbələrin News.ru saytına verdikləri məlumata görə, Bakı-Tixoretsk magistral neft kəmərinin buraxılış qabiliyyəti Mahaçqala-Novorossiysk sahəsində profilaktik və təmir işlərini nəzərə almaqla tamamilə istifadə olunub. Bununla əlaqədar Mahaçqalada “Şirvanlı”dan gələn əlavə neftin qəbulu mümkünsüz olub.

Ekspertlər hesab edirlər ki, məhz bu səbəbdən, Azərbaycan nefti Rusiyanı kənardan keçərək ölkəni stabil gəlirdən məhrum edib.

Bildirilir ki, Mahaçqala dəniz ticarət limanının illik neft ötürmə qabiliyyəti 7,9 milyon ton neft və neft məhsulları təşkil edir. Limanın nefttökmə rayonunda tankerlərə beş bərə xidmət göstərir. Liman uzunluğu 150 metrə qədər, suya oturumu isə 6,5 metrə qədər olan gəmiləri asanlıqla qəbul edə bilir.

Bakı-Novorossiysk sisteminin bir hissəsi olan Mahaçqala-Novorossiysk neft kəmərinin gücü isə bir ilə 7,5-8 milyon ton təşkil edir. 

Bundan əvvəl “Transneft” şirkətinin prezidenti və idarə heyətinin sədri Nikolay Tokarev bəyan etmişdi ki, şirkət Mahaçqala-Novorossiysk neft kəmərinə karbohidrogenlərin qəbulunu təmin etmək üçün Mahaçqala limanının gücünü artırılmasının mümkünlüyünü öyrənir.

Lakin, analitiklər izah ediblər ki, neft kəmərinin yalnız bir hissəsinin yüklənməsini nəzərə almaqla elə təəssürat yaranır ki, bu, kommersiya neft kəməri üçün kifayət qədər yüklülükdür.

Baxmayaraq ki, Mahaçqala limanının yük dövriyyəsinin böyük hissəni neft təşkil edirdi, son illərdə karbohidrogenlərin dövriyyəsi azalmışdı. 

2018-ci ilin yekunlarına əsasən, bu göstərici iki milyon ton neft təşkil edirdi. Maraqlıdır ki, 2016-cı ilin sonunda Rusiya Energetika Nazirliyi bəyan etmişdi ki, Mahaçqaladan Novorossiyskə nəql edilən neftdə kükürdün miqdarını 1,3 faizdən 0,6 faizə qədər azaltmaq lazımdır. Ekspertlər iddia edirlər ki, məhz Qazaxıstan nefti kükürdün miqdarının çox olması ilə məşhurdur. Bununla əlaqədar onun nəql həcmi illik 4-4,5 milyon tondan 1 milyon tona qədər azalmışdı. Lakin 2018-ci ildə çoxsaylı müraciətlərdən, o cümlədən dövlət başçısının ünvanına olan müraciətdən sonra kvotanı 2 milyon tona qədər artırmaq mümkün oldu.

Reuters-in məlumatına görə, SOCAR Mahaçqalaya nefti Xəzər dənizindən ötürməyə hazır idi, oradan isə hazırda Türkmənistanın qara qızıl hasilatçılarının cəlb etdikləri “Transneft” şirkətinin gücü ilə Novorossiyskə çatdırılacaqdır. Azərbaycan neftinin cari ildə nəqli 1,4 milyon tondan çox olmalı idi.

Mənbələrin məlumatına görə, hazırda Mahaçqala terminalının gücü Qazaxıstan və Türkmənistan tankerlərinin qəbuluna yönəldilib. Bu səbəbdən liman sadəcə SOCAR tərəfindən təklif edilən həcmi qəbul edə bilmir, baxmayaraq ki, bundan əvvəl Mahaçqala limanı hər ay daha çox həcmdə neft ötürə bilirdi.

Öz növbəsində “Vitol” neft treyderi Türkmənistanın Çeleken və Okarem yataqlarından Mahaçqalaya karbohidrogenlərin nəqlinə başlayıb.

“SOCAR Trading”də News.ru-ya vəziyyəti şərh etməkdən imtina ediblər. Məqalə dərc olunan vaxta “Transneft” şirkəti rəsmi açıqlama verməyib.

Qeyd edək ki, “Transneft” və SOCAR şirkətləri arasında müqaviləyə əsasən, Bakı-Novorossiysk neft kəməri ilə 1,5 milyon neftin ötürülməsi nəzərdə tutulmuşdu. Bununla yanaşı, Türkmənistandan Mahaçqala limanına karbohidrogenlərin çatdırılması 500 min tondan çox olmayacağı gözlənilirdi.

2016-cı ilin nəticəsinə görə, Bakı- Novorossiysk neft kəməri ilə 1,22 milyon ton Azərbaycan nefti ötürülmüşdü. 2017-ci ildə bu rəqəm 1,5 milyon tona çatmışdı, 2018-ci ildə isə bu göstəricilər 1,21 milyon ton təşkil etmişdi. 

2019-cu ilin ilk iki ayında SOCAR-ın Novorossiysk üzrə neft tranziti 250 min ton təşkil edib, lakin “Transneft”in Mahaçqala limanından neftin qəbulundan imtina etməsindən sonra bu rəqəm sıfıra bərabər oldu.

Neft kəmərinin ümumi uzunluğu 1330 kilometr təşkil edir, bundan 231 kilometri 1997-ci ildən neft nəql edən Azərbaycan ərazisindən keçir. Neft kəməri 1983-cü ildə istismara verilib. Həmin vaxt Qərbi Sibir nefti Azərbaycan neft emalı zavodlarına tədarük edilirdi. Lakin 1996-cı ildə Azərbaycan neftinin Novorossiyskdən ixracı üçün revers rejim tətbiq olunmuşdu.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ