SON DƏQİQƏ

Ən çox işsiz bu rayondadır

Tarix:

31-03-2018, 12:43

/ 10 351 dəfə oxundu.
Ən çox işsiz bu rayondadır

2018-ci ilin fevral ayında Bakı şəhəri üzrə məşğulluq xidmətində işsiz hesab edilənlərin sayı 19 111 nəfər təşkil edib. 

Gunaz.az Bakı Statistika İdarəsinə istinadən xəbər verir ki, daha çox işsiz Xətai rayonunda qeydə alınıb – 3 537 nəfər.

İşsizliyə görə müavinət alanların sayına görə, Nəsimi rayonu ilk sırada yer alıb. Rayonda  2 771 nəfər işsizdən 1 337 nəfəri müavinat alır.

Qeyd edək ki, ümumilikdə 19 111 nəfər işsizdən 3688 nəfəri müavinat alır. Onlara hesablanmış orta aylıq məbləğ  406,98  manat təşkil edir.

Bakı şəhəri üzrə işsizlik statusuna malik olanların  7279  nəfəri qadınlar olub.

İşçi qüvvəsinə olan tələbat fevral ayının  axırına  şəhər  üzrə  cəmi  4104 nəfərdir, onlardan 3816  nəfəri fəhlələrdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ