SON DƏQİQƏ

“Qarabağ”ın rəqibi Bakıya xal itkisi ilə gəlir

Tarix:14-08-2020, 22:24 Oxunub:1 241

Şimali Makedoniya çempionatında II tura start verilib.

GunAz.az xəbər verir ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ”ın rəqibi olacaq "Sileks” növbəti görüşünü keçirib.

Kratovo təmsilçisi doğma meydanda "Pelister”lə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.

 

Bu nəticədən sonra xallarını 4-ə yüksəldən "Sileks” hələlik turnir cəvdəlinə başçılıq edir. Eyni xala malik "Pelister” isə 2-ci sırada qərarlaşıb.

Qeyd edək ki, avqustun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Sileks” oyunu saat 20:00-da başlayacaq.

Bu cütün qalibi II raundda "Şerif” (Moldova) – "Fola Eş” duelinin güclüsü ilə qarşılaşacaq.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<