SON DƏQİQƏ
» » “Qarabağ”ın mümkün rəqibi bilindi – II mərhələdə

“Qarabağ”ın mümkün rəqibi bilindi – II mərhələdə

Tarix:

11-08-2020, 13:39

/ 4 700 dəfə oxundu.
“Qarabağ”ın mümkün rəqibi bilindi – II mərhələdə

Azərbaycan çempionu "Qarabağ”ın avrokuboklardakı növbəti mümkün rəqibi müəyyənləşib.

Bu, Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatmasından sonra bəlli olub.

İsveçrənin Nyon şəhərindəki tədbirdə Ağdam klubunun Şimali Makedoniyanın "Sileks” klubu ilə I təsnifat mərhələsində təşkil etdiyi cütün qalibinin rəqibi bilinib. Qurban Qurbanovun yetirmələri ilk raundu keçsə, "Şerif” (Moldova) - "Fola" (Lüksemburq) cütünün güclüsü ilə qarşılaşacaq.

Bu matç avqustun 25-26-da keçiriləcək. "Qarabağ” – "Sileks” cütünün qalibi bu oyuna evdə çıxacaq.

Qeyd edək ki, Bakıda baş tutacaq "Qarabağ” – "Sileks” oyunu avqustun 18-i və ya 19-da keçiriləcək.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ