SON DƏQİQƏ

“Qarabağ”ın növbəti rəqibi bilindi

Tarix:

2-08-2018, 08:00

/ 10 332 dəfə oxundu.
“Qarabağ”ın növbəti rəqibi bilindi

“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi bəlli olub.

GunAz.az xəbər verir ki, Albaniya təmsilçisi “Kukesi” komandasını mübarizədən kənarlaşdıran Ağdam təmsilçisi növbəti mərhələdə Belarusun BATE klubu ilə qarşılaşacaq.

Belarus klubu bir qədər əvvəl başa çatan oyunda HİK-ə (Finlandiya) 2:1 hesabı ilə qalib gələrək (ilk oyun - 0:0) 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb. “Qarabağ” isə albanları 3 cavabsız qolla məğlub edib.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab qarşılaşmaları isə 14 avqustda keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ