SON DƏQİQƏ

Bu gün "Qarabağ" oynayır

Tarix:

1-08-2018, 09:48

/ 10 313 dəfə oxundu.
Bu gün "Qarabağ" oynayır

Çempionlar Liqasında bu gün ikinci təsnifat mərhələsinə yekun vurulacaq.

GunAz.az xəbər verir ki, “Qarabağ” öz meydanında “Kukesi”ni qəbul edəcək. Ağdam klubu Albaniya çempionu ilə səfər matçında qolsuz bərabərliyə nail olub.

Mərhələ adlamaq üçün bugünkü görüşdə Qurban Qurbanovun komandası mütləq qələbə qazanmalıdır. İstənilən qollu heç-heçə rəqibə sərf edir.

“Qarabağ” üçüncü mərhələyə yüksəlsə, HİK - BATE cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, bu komandalar arasında da ilk görüşdə hesab açılmayıb.

1 avqust

Çempionlar Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunu

21:00. “Qarabağ” (Azərbaycan) - “Kukesi” (Albaniya)
Hakimlər: Peter Kralovic, Miroslav Benko, Erik Weiss, Patrik Hrcka (hamısı Slovakiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 0:0

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ