SON DƏQİQƏ
» » Türkiyə ilə görüşdə millimiz üstünlüyü ələ keçirdi

Türkiyə ilə görüşdə millimiz üstünlüyü ələ keçirdi

Tarix:

8-08-2020, 23:20

/ 1 378 dəfə oxundu.
Türkiyə ilə görüşdə millimiz üstünlüyü ələ keçirdi

Avqustun 8-də Azərbaycan və Türkiyə milli komandaları arasında "Bir millət, iki dövlət” şüarı altında internet üzərindən sürətli şahmat üzrə dostluq görüşü start götürüb.

GunAz.az xəbər verir ki, yarışın ilk günündə iki partiyanın oyunları keçirilib. Hər iki partiyada üstünlüyü ələ alan Azərbaycan yığması nəticədə 8,5:3,5 xalla birinci yarış gününü qələbə ilə başa vurub. Komandaya ən çox xalı hər iki partiyada qələbə əldə edən Xanım Balacayeva qazandırıb. Teymur Rəcəbov, Gülnar Məmmədova, Vüqar Əsədli 1,5 xal, Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə hərəyə 1 xal əldə ediblər.

Qeyd edək ki, reqlamentə görə, hər partiyaya 15 dəqiqə vaxt verilir və hər gedişə 5 saniyə əlavə olunur. Turnir üç gün davam edəcək.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ