SON DƏQİQƏ
» » UEFA Avropa Liqasının final görüşünün stadionu hara olacaq?

UEFA Avropa Liqasının final görüşünün stadionu hara olacaq?

Tarix:

2-03-2020, 20:19

/ 2 368 dəfə oxundu.
UEFA Avropa Liqasının final görüşünün stadionu hara olacaq?

Niderlandın paytaxtı Amsterdamda təşkil olunan UEFA İcraiyyə Komitəsinin iclasında bir sıra tədbir və final oyunlarının keçiriləcəyi yer müəyyənləşib.

GunAz.az xəbər verir ki, UEFA-nın 44-cü Konqresi 2021-ci ildə Belarusun paytaxtı Minskdə baş tutacaq.

Avropa Liqasının 2022-ci ildəki finalı Budapeştdəki “Puşkaş Arena”da (Macarıstan), UEFA Superkuboku 2022-ci ildə Helsinkidəki Olimpiya Stadionunda (Finlandiya) və 2023-cü ildə “Kazan Arena”da (Rusiya) keçiriləcək.

Qadınlar arasında Çempionlar Liqasının 2022-ci ildəki finalı Turindəki “Yuventus” stadionu (İtaliya), 2023-cü ildə isə Eydhovendəki PSV (Hollandiya) arenasında təşkil olunacaq.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin növbəti yığıncağı mayın 27-də Polşanın Qdansk şəhərində baş tutacaq.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ