SON DƏQİQƏ

İran tankeri vurulub - Tehran təsdiqlədi

Tarix:

11-10-2019, 20:49

/ 1 911 dəfə oxundu.
İran tankeri vurulub - Tehran təsdiqlədi

İranın Qırmızı dənizdəki tankerində partlayışa raket zərbəsi səbəb ola bilər.

GunAz.az xəbər verir ki, bu barədə bəyanatı İran Milli Neft Şirkəti yayıb. Məlumata görə, tankerə iki raket zərbəsi endirilə bilər.

Şirkət partlayışın 20 dəqiqə ara ilə baş verdiyini bildirib.

Partlayış olan zaman tanker Ciddə limanından 96 kilometr məsafədə olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Ciddə limanındakı İrana məxsus tankerdə partlayış bu gün səhər baş verib.

***

İran Xarici İşlər Nazirliyi Qırmızı dənizdə tankerin partlamasına münasibət bildirib.

XİN rəsmisi Abbas Musəvi tankerə Səudiyyə Ərəbistanı tərəfindən hücum edildiyini bəyan edib.

Musəvi qeyd edib ki, tanker dənizin şərq hissəsindəki dəhlizin yaxınlığında iki dəfə hücuma məruz qalıb: "Bu, təhlükəli manevrdir".

N.SAFURA

скачать dle 12.1

Şərhlər