SON DƏQİQƏ
» » Çempionlar Liqasında 1/4 final həyəcanı - PREVYU

Çempionlar Liqasında 1/4 final həyəcanı - PREVYU

Tarix:

9-04-2019, 10:16

/ 10 237 dəfə oxundu.
Çempionlar Liqasında 1/4 final həyəcanı - PREVYU

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsi start götürəcək.

GunAz.az xəbər verir ki, səkkiz komanda yarımfinala çıxmaq üçün çətin sınaqdan keçməlidir. İlk günün matçları İngiltərədə – Liverpul və Londonda baş tutacaq.

23:00 “Liverpul” (İngiltərə) – “Portu” (Portuqaliya)
“Enfild Roud” stadionu. Baş hakim: Antonio Mateu Laos (İspaniya)

Statistika göstərir ki, “Liverpul” “əjdahalar”ı həmişə məğlub etməyi və növbəti mərhələyə çıxmağı bacarıb. Komandaların son görüşü isə ötən ilin martın 18-də Liverpulda baş tutub.

Həmin matç qolsuz heç-heçə ilə başa çatıb və İngiltərə təmsilçisi Portuqaliyada qazandığı 5:0 qələbəyə görə növbəti mərhələyə vəsiqə qazanıb. Onu da bildirək ki, həmin iki matç Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutub.

Hər iki komandada itkilər var. “Liverpul”da sol cinah müdafiəçisi Endryu Robertsonun oynamayacağı dəqiqdir. Şotlandiyalı futbolçu ötən matçda sarı vərəqə alaraq cəzalı duruma düşüb.

“Portu”da isə meksikalı Ektor Erera və braziliyalı Pepe eyni vəziyyətdə cəzalı durumdadır. Kamerunlu Vinsent Abubakar və Brunu Koşta isə zədə üzündən oynaya bilməyəcək.

23:00 “Totenhem” (İngiltərə) – “Mançester Siti” (İngiltərə)
“Totenhem Hotspur” stadionu. Baş hakim: Byörn Köypers (Hollandiya)

Çempionlar Liqasında cari mövsüm ilk dəfə İngiltərə klublarının qarşılaşması olacaq. Həm də bu cütlüyün üz-üzə gəlməsi o deməkdir ki, bu iki İngiltərə klubundan biri mötəbər turnirlə vidalaşacaq.

Meydan sahiblərində Erik Dayer və argentinalı Erik Lamelanın zədə üzündən oynamayacağı dəqiqləşib. Qonaqlarda isə çilili qapıçı Klaudio Bravo, Fabian Delf və ukraynalı Aleksandr Zinçenko zədədən əziyyət çəkir.

Onu da bildirək ki, son İngiltərə çempionu olan “Mançester Siti” 14 matçdır, qələbə qazanır. Bu komandanın sonuncu məğlubiyyəti yanvarın 30-da “Nyukasl”la oyunda qeydə alınıb.

Cari mövsüm “Mançester Siti” “Totenhem”i artıq Premyer Liqa çərçivəsində Londonda 1:0 məğlub etməyi bacarıb. Ümumiyyətlə “Totenhem” bu rəqibi üzərində sonuncu qələbəsini iki il əvvəl qazanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ