SON DƏQİQƏ

FİFA məşhur klubları cəzalandırdı

Tarix:

19-04-2018, 19:22

/ 10 353 dəfə oxundu.
FİFA məşhur klubları cəzalandırdı

FİFA dörd klubu cəzalandırıb.

Gunaz.az xarici KİV-ə istinadən xəbər verir ki, qurumun İntizam Komitəsi Portuqaliyanın “Benfika” və “Sportinq”, İspaniyanın “Selta”, Qətərin “Əl-Ərəbi” klublarını cərimələyib.

Buna komandaların transfer reqlamentini pozması səbəb olub. “Benfika” 150, “Sportinq” 110, “Selta” 65 min İsveçrə frankı ödəməlidi.

Məsələ ondadı ki, klubların bəzi oyunçularla müqavilələrində üçüncü şəxslərin onların işinə və müstəqilliyinə müdaxilə etmək şərti var. Transfer qaydalarını pozan Qətər təmsilçisi 187,5 min frank cəriməyə məruz qalıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ