SON DƏQİQƏ

AFFA iki klubu cəzalandırdı

Tarix:

12-04-2018, 19:54

/ 10 432 dəfə oxundu.
AFFA iki klubu cəzalandırdı

AFFA İntizam Komitəsi “Kəpəz” və “Keşlə” klublarını cəzalandırıb.

Gunaz.az-ın məlumatına görə, buna Gəncədə iki komanda arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XXII tur matçında baş verənlər səbəb olub. Oyunun 26-cı dəqiqəsində yerli azarkeşlər meydana kənar əşyalar atdıqları üçün “Kəpəz”ə 1600 manat cərimə kəsilib.

“Keşlə” isə 6 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat ziyana düşüb.

Qeyd edək ki, “Kəpəz” – “Keşlə” görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ