Azərbaycan Premyer Liqasının XXII turunda iki oyun keçirilib.
Gunaz.az xəbər verir ki, turun ilk oyununda "Kəpəz" və "Keşlə" komandaları heç-heçə edib - 1:1.
Günün ikinci oyununda "Qarabağ” "Səbail”i qəbul edib. Yalnız cari mövsümdə üz-üzə gələn komandaların matçında “Qarabağ” 4-cü qələbəyə sevinib. Komanda “Səbail”i 1:0 hesabı ilə üstələyib. Görüşdə yeganə qolu 31-ci dəqiqədə Riçard Almeyda vurub. Bu "Qarabağ"ın Azərbaycan çempionatında 1100-cü qolu olub. Bu qələbədən sonra xallarının sayını 53-ə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. “Səbail” isə 18 xalla 6-cı yerdədir.
Turun digər matçları sabah keçiriləcək. İkinci oyun günündə avrokuboklara vəsiqələr uğrunda mübarizə aparan "Zirə” ilə "Qəbələ”, "Neftçi” ilə "Sumqayıt” üz-üzə gələcək.
17:30. "Qarabağ” – "Səbail” - 1:0
Qol: Riçard Almeyda, 31
"Azersun Arena”