SON DƏQİQƏ
» » "Runi "Yunayted"in tarix kitablarında yer tutmağa layiqdir"

"Runi "Yunayted"in tarix kitablarında yer tutmağa layiqdir"

Tarix:

22-01-2017, 12:25

/ 3 627 dəfə oxundu.
"Runi "Yunayted"in tarix kitablarında yer tutmağa layiqdir"

"Manchester United"in əfsanəvi məşqçisi Ser Aleks Fergüson klubun rəsmi saytına açıqlama verib.
Goal.az xəbər verir ki, veteran mütəxəsis Ueyn Runinin "Stoke City" ilə oyunda fərqlənməklə Bobbi Çarltonun qol rekordunu qırmasına münasibət bildirib.
"Ueynə xüsusi təbriklərimi çatdırmaq istərdim. 40 illik rekordu yeniləmək böyük nailiyyətdir. Runi "United"in tarix kitablarında yer tutmağa layiqdir. Əminəm ki, eyni tempdə oynamağa, mükafatlar qazanmağa davam edəcək".
2004-cü ildən "qırmızı şeytanlar"ın şərəfini qoruyan 31 yaşlı hücumçu bütün turnirlər daxil olmaqla klubda 250-ci qolunu vurub. Əfsanəvi Bobbi Çarltonun hesabında 249 qol var.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ