SON DƏQİQƏ

Zabratda evlər üçün təhlükə qalmaqdadır

Tarix:

6-01-2017, 16:49

/ 3 210 dəfə oxundu.
Zabratda evlər üçün təhlükə qalmaqdadır

Zabrat gölündə suyun səviyyəsi artmaqda davam edir. Hələ də, gölün ətrafındakı evlər üçün təhlükə qalmaqdadır.
Bu sözləri açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O, mütəmadi olaraq ərazidə monitorinqlər apardıqlarını və suyun səviyyəsinin gündən-günə atdığını bildirib: "Artıq göldə suyun səviyyəsi 70 sm-ə qədər qalxıb. Ətrafdakı bəzi evlərin həyəti, zirzəmisi su ilə dolub. Lakin hələ ki, heç bir qabaqlayıcı tədbirlər görülməyib”.
Qeyd edək ki, göldə suyun səviyyəsi ötən il dekabr ayının əvvələrindən artıb. Suyun artmasının səbəbi isə evlərin kanalizasiya sularının birbaşa ora axıdılması, gölün suyunun idarə edilməməsidir. Bundan başqa, əvvəllər gölün suyu xüsusi kanal vasitəsilə axıdılıb, indi isə həmin kanalın ağzı tutulub. Yerli idarəetmə orqanları isə bir aydır daşan gölün problemi ilə maraqlanmır.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ