SON DƏQİQƏ
» » Bakıda iki nəfəri döyən və atəş açan şəxs tutuldu

Bakıda iki nəfəri döyən və atəş açan şəxs tutuldu

Tarix:

20-02-2021, 15:00

/ 5 899 dəfə oxundu.
Bakıda iki nəfəri döyən və atəş açan şəxs tutuldu

Bakıda xuliqanlıq edən şəxsdən qanunsuz silah götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə fevralın 17-də saat 3 radələrində Türkan qəsəbəsi ərazisində yerləşən daş karxanasında baş verib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində xuliqanlıq zəminində tüfəngdən havaya atəş açmaqda və orada işləyən 2 nəfəri döyməkdə şübhəli bilindiyinə görə saxlanılan S.Quliyevdən qundağı və lüləsi kəsilmiş "BUM” markalı ov tüfəngi götürülüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ