SON DƏQİQƏ

Tehranın şərqində güclü partlayış olub

Tarix:

26-06-2020, 08:23

/ 2 764 dəfə oxundu.
Tehranın şərqində güclü partlayış olub

İranın paytaxtı Tehranın şərq hissəsində güclü partlayış baş verib.

GunAz.az-ın məlumatına görə, bu barədə "Nour News" xəbərlər portalı bildirib.

Qeyd edilir ki, hadisə qazla əlaqədar olub. 

Portalın məlumatına görə, İranın Müdafiə Nazirliyinin obyektlərindən birinin ərazisində texniki qazın olduğu rezervuar partlayıb. Lakin qeyd edilir ki, hadisə hərbi obyektlərlə bağlı deyil.

İran Müdafiə Nazirliyinin nümayəndəsi Davud Abdi faktı təsdiqləyib. O bildirib ki, Tehranın şərqində qazın olduğu rezervuarın partlayışı nəticəsində ölən və ya xəsarət alan olmayıb. 

"Mehr" agentliyi partlayışdan sonra yanğının baş verdiyini bildirib. Qeyd edilir ki, yanğın söndürülüb.Report



 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ