SON DƏQİQƏ
» » Şəmkir bazarında güclü yanğın-OBYEKTLƏR YANDI

Şəmkir bazarında güclü yanğın-OBYEKTLƏR YANDI

Tarix:

26-06-2020, 08:12

/ 3 770 dəfə oxundu.
Şəmkir bazarında güclü yanğın-OBYEKTLƏR YANDI

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonu ərazisində fəaliyyət göstərən ticarət mərkəzinin ərazisində yanğın olması barədə məlumat daxil olub.

GunAz.az  bildirir ki, Şəmkir rayonunda "Şəmkir səbəti" mərkəzi bazarının ərazisində bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyekti və piştaxtaların yanar konstruksiyaları 120 kv/m sahədə yanıb.

FHN-dən verilən məlumata görə, bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ