SON DƏQİQƏ

Yaponiyada daşqınlar-ÖLƏNLƏR VAR

Tarix:

28-08-2019, 08:37

/ 1 379 dəfə oxundu.
Yaponiyada daşqınlar-ÖLƏNLƏR VAR

Çərşənbə günü səhər Yaponiyanın cənub-qərbində leysan yağışları səbəbindən yaranan daşqınlar nəticəsində azı 3 nəfər həyatını itirib.

Avromedia.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Bildirilir ki, ölüm halları Fukuoka və Saqa prefekturalarında qeydə alınıb.

"Kiodo"nun məlumatına görə, Saqa şəhərində dəmiryolu stansiyası su altında qalıb.

Yaxın günlərdə güclü yağışlar Küsü adasının şimalında və Tokio boyunca digər rayonlarda gözlənilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ