SON DƏQİQƏ
» » Mikroavtobus yük maşınına çırplıb, ölən və yaralılar var

Mikroavtobus yük maşınına çırplıb, ölən və yaralılar var

Tarix:

23-05-2019, 08:37

/ 838 dəfə oxundu.
Mikroavtobus yük maşınına çırplıb, ölən və yaralılar var

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində, Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı miroavtobus qarşıda gedən"Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəzada 4 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilir. Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna gətirilib. Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda ölənlərin və yaralıların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ