SON DƏQİQƏ
» » Salyanda AĞIR YOL qəzası - Ölən və yaralılar var

Salyanda AĞIR YOL qəzası - Ölən və yaralılar var

Tarix:

4-12-2018, 16:45

/ 10 286 dəfə oxundu.
Salyanda AĞIR YOL qəzası - Ölən və yaralılar var

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

GunAz.az Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun 67-ci kilometrliyində qeydə alınıb. 

Belə ki, Lerik rayon sakini, 1992-ci il təvəllüdlü Pərviz Alim oğlu Quliyevidarə etdiyi “Nissan” markalı avtomobillə hərəkətdə olarkən qarşıda gedən yük maşınına çırpılıb. Qəza nəticəsində 1963-cü il təvəllüdlü Diniyev Adil Həmid oğlu hadisə yerində dünyasını dəyişib. 

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan “Nissan”ın sürücüsü və avtomobildə olan  sərnişinlər - 1999-cu il təvəllüdlü Dinili Nisə Adil qızı, 1967-ci il təvəllüdlü Quliyeva Zinət Həmid qızı, 1967-ci il təvəllüdlü Fətullayeva Gülnaz Fənhəm qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ