SON DƏQİQƏ
» » Şəmkirdə mikroavtobus aşıb: 3 nəfər ölüb, 8 nəfər yaralanıb (YENİLƏNİB/FOTO)

Şəmkirdə mikroavtobus aşıb: 3 nəfər ölüb, 8 nəfər yaralanıb (YENİLƏNİB/FOTO)

Tarix:

8-05-2019, 18:10

/ 521 dəfə oxundu.
Şəmkirdə mikroavtobus aşıb: 3 nəfər ölüb, 8 nəfər yaralanıb (YENİLƏNİB/FOTO)

Şəmkir rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.
GunAz.az "Report"a istinadən xəbər verir ki, "VAZ-2107" markalı avtomobilin sürücüsü, Şəmkir rayon Qaracəmilli kənd sakini, 1966-cı il təvəllüdlü Vidadi Zirəddin oğlu Gülməmmədov, onun anası 1945-ci il təvəllüdlü Sücayət Seydəli qızı Gülməmmədova və onların nəvəsi 2016-cı il təvəllüdlü Ayxan Qüdrət oğlu Gülməmmədov hadisə yerində ölüblər.
16.50
Şəmkir rayon Qaracəmilli kəndində baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı fəhlələri daşıyan "Mercedes-Sprinter" markalı mikroavtobus aşıb. 
GunAz.az "Report"a istinadən xəbər verir ki, hərkətdə olan mikroavtobus idarəetmədən çıxaraq "VAZ-2107" markalı avtomobillə toqquşub. Zərbənin gücündən mikroabtobus aşaraq deformasiyaya uğrayıb.
Qəza nəticəsində 3 nəfər ölüb 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım” avtomobilləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırlınlar. 
Faktla bağlı araşdırma aparılır.
16.37
Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
GunAz.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qaracəmilli kəndi ərazisində baş verib. 
İlkin məlumatlara görə, "Mercedes-Sprinter" markalı sərnişin mikroavtobusun aşması nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Şəmkirdə mikroavtobus aşıb: 3 nəfər ölüb, 8 nəfər yaralanıb (YENİLƏNİB/FOTO)

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ