SON DƏQİQƏ
» » Gürcüstanda xüsusi təyinatlılarla toqquşmada 40 nəfər yaralanıb

Gürcüstanda xüsusi təyinatlılarla toqquşmada 40 nəfər yaralanıb

Tarix:

22-04-2019, 08:33

/ 10 235 dəfə oxundu.
Gürcüstanda xüsusi təyinatlılarla toqquşmada 40 nəfər yaralanıb

Gürcüstanda xüsusi təyinatlılarla Pankisi dərəsinin çeçen əhalisi arasında baş vermiş toqquşmada 40-dan çox insana tibbi yardım göstərilib. 30 nəfərin xəstəxanada müalicə aldığı bildirlir.

“Toqquşmalar zamanı xəsarət almış 30 nəfər Telavi Referal Klinikasında müalicə alır, onlardan 27 nəfər polis, bir nəfər jurnalist, 2 nəfər isə aksiya iştirakçısıdır”,- deyə klinikanın rəhbəri Xatuna Çoniaşvili media nümayəndələrinə bildirib.

Onun sözlərinə görə, yaralıların vəziyyəti stabildir, heç kimə cərrahi müdaxilə edilməyib.

Qeyd edək ki, toqquşmalara səbəb yerli əhalinin Alazan çayında su elektrik stansiyasının tikintisinə etiraz etmək məqsədi ilə keçirdiyi aksiya olub. Bu gün səhər etirazçılar xüsusi təyinatlılara daş atmağa başlayıblar. Əraziyə əlavə olaraq xüsusi təyinatlı qüvvələrin yeridilməsi vəziyyəti daha da gərginləşdirib. Yerli çeçenlər “Molotov kokteyli” ilə dolu şüşələri atmaqla, DİN-in zirehli avtomobillərini və tikinti texnikasını yandırıblar.

Bazar günü hadisə yerinə gəlmiş daxili işlər nazirir Georgi Qaxariya bildirib ki, bir saat davam edən danışıqlardan sonra müəyyən razılıq əldə edilib. Tikinti şirkəti əhaliylə məsləhətləşəcək. Sakinlərin 90 faizi razılıq versə SES-in tikintisi davam etdiriləcək. Nazirin sözlərinə görə, xüsusi təyinatlılar ərazini tərk etsə də, polis nəzarəti davam etdiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ