SON DƏQİQƏ
» » Fransada qəzaya uğrayan qırıcı təyyarənin pilotları həlak olub

Fransada qəzaya uğrayan qırıcı təyyarənin pilotları həlak olub

Tarix:

11-01-2019, 09:30

/ 10 256 dəfə oxundu.
Fransada qəzaya uğrayan qırıcı təyyarənin pilotları həlak olub

Fransanın şərqində qəzaya uğrayan "Mirage 2000D" qırıcı təyyarənin hər iki pilotu həlak olub.

Trend-in məlumatına görə, bu barədə Fransanın medafiə naziri Florans Parli bildirib.

Müdafiə Nazirliyi hər iki pilotun - kapitan Batist Şiryenin və qadın-leytenant Odri Mişlonun - öldüyünü təsdiq edib.

Müdafiə naziri həlak olan pilotların ailələrinə başsağlığı verib. İnsidentin təfərrüatları araşdırılır.

Qeyd edək ki, qırıcı təyyarə ilə əlaqə yanvarın 9-u kəsilib. Daha sonra təyyarənin qalıqları və pilotlardan birinin paraşutu tapılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ