SON DƏQİQƏ

13 yaşlı qızı avtomobil vurdu

Tarix:

13-12-2018, 08:55

/ 10 231 dəfə oxundu.
13 yaşlı qızı avtomobil vurdu

Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Bakı küçəsində yerli sakin Şamxal Abdullayevin idarə etdiyi "Hyundai" markalı avtomobil yolu keçmək istəyən rayon sakini, 2005-ci il təvəllüdlü Əliyeva Şölə Elçin qızını vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada qəza törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, 13 yaşlı Ş.Əliyeva 7 sinif şagirdidir. Hadisə o, hazırlıqdan çıxıb evə gedərkən baş verib.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ