SON DƏQİQƏ
» » Tovuzda avtomobil çaya düşdü: yaralananlar var - FOTO

Tovuzda avtomobil çaya düşdü: yaralananlar var - FOTO

Tarix:

31-10-2018, 20:15

/ 10 331 dəfə oxundu.
Tovuzda avtomobil çaya düşdü: yaralananlar var - FOTO

Tovuzda avtomobil dərəyə aşıb, yaralılar var.

GunAz.az xəbər verir ki, hadisə rayonun Əsrik Cırdaxan kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxıb və dərəyə yuvarlanaraq çaya düşüb.

Nəticədə 4 nəfər - Tovuz rayon Bayramlı kənd sakinləri - 1978-ci il təvəllüdlü Xəyalə Rəşid qızı Cəfərova, 1971-ci il təvəllüdlü Cəmil Kamil oğlu Cəfərov, 1962-ci il təvəllüdlü Rəşid Kamil oğlu Cəfərov və 1976-cı il təvəllüdlü Samirə Əli qızı Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ