SON DƏQİQƏ
» » Xızıda avtomobil dərəyə aşdı - Xəsarət alanlar var

Xızıda avtomobil dərəyə aşdı - Xəsarət alanlar var

Tarix:

7-08-2018, 18:03

/ 10 273 dəfə oxundu.
Xızıda avtomobil dərəyə aşdı - Xəsarət alanlar var

Xızı rayonunda yol qəzası baş verib.

GunAz.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun rayonun Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Xızı rayonunda yüksək sürətlə hərəkət edən minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. Nəticədə üç nəfər – 1959-cu il təvəllüdlü Məhəbbət Rzabala oğlu Vəliyev, 1963-cü il təvəllüdlü Rafiq Qüdrət oğlu Quliyev və 1973-cü il təvəllüdlü Habil Fazil oğlu Musayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər