SON DƏQİQƏ
» » Tovuzda ağır yol qəzası - Yaralananlar var - FOTO

Tovuzda ağır yol qəzası - Yaralananlar var - FOTO

Tarix:

20-10-2018, 08:28

/ 10 345 dəfə oxundu.
Tovuzda ağır yol qəzası - Yaralananlar var - FOTO

Tovuz rayonunda qğır yol qəzası baş verib.

GunAz.az xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində baş verib.

Belə ki, "Mercedes" markalı mikroavtobusla "VAZ-2107" markalı minik maşını toqquşub və daha sonra idarəetmədən çıxan hər iki avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində xəsarət alanlar var. Yaralılar xəstəxanaya yerləşdirilib.

Bunlar sərnişinlər - Tovuz rayonunun Düz Cırdaxan kənd sakinləri, 2002-ci il təvəllüdlü Nərmin Seymur qızı Mustafayeva, 1956-cı il təvəllüdlü Elman Əsgər oğlu Hümbətov, 1990-cı il təvəllüdlü Elşən Sultanov və 1961-ci il təvəllüdlü Həqiqət Məhəmməd qızı Süleymanovadır. Hazırda müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralıların xəstəxanada müalicəsi davam etdirilir.

Qeyd edək ki, qəza nəticəsində "VAZ-2107" markalı avtomobilin sürücüsü də xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. (Report)

Tovuzda ağır yol qəzası - Yaralananlar var - FOTO

 

Tovuzda ağır yol qəzası - Yaralananlar var - FOTO

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ