SON DƏQİQƏ
» » Bakıdan qədim xalçaları aparmaq istəyən iranlı tutuldu

Bakıdan qədim xalçaları aparmaq istəyən iranlı tutuldu

Tarix:

1-10-2018, 19:42

/ 10 264 dəfə oxundu.
Bakıdan qədim xalçaları aparmaq istəyən iranlı tutuldu

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qədim xalçaların ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən GunAz.az-a verilən məlumata görə, Bakı-İstanbul aviareysilə getmək istəyən İran vətəndaşı Fatahei Hosseinə məxsus baqaj rentgen aparatından keçirilərkən, orada gömrük orqanına bəyan edilməmiş malların olması ilə bağlı şübhə yaranıb.

Bu səbəbdən vətəndaş saxlanılıb və çantasına təkrar baxış keçirilib.
Təkrar yoxlama zamanı Fatahei Hosseinə məxsus çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim olunmamış, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş, yaşı bir əsrdən çox olan altı ədəd qədim xalça aşkar edilib. 
Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ