SON DƏQİQƏ
» » Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürüldü (YENİLƏNDİ)

Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürüldü (YENİLƏNDİ)

Tarix:

2-09-2018, 23:41

/ 10 269 dəfə oxundu.
Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürüldü (YENİLƏNDİ)

Ağsu rayonunda dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Alovun əhatə etdiyi ərazi 50 hektar olub.

Yanğın yanğınsöndürənlərin və kənd sakinlərinin köməkliyi ilə söndürülüb. Yaxınlıqdakı meşəlik ərazi yanğından mühafizə olunub.

***

Ağsu rayonunda meşə yaxınlığında yanğın başlayıb. 

GunAz.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xatman kəndindəki dağlıq ərazidə başlayıb.

Kol və quru ot sahəsindəki yanğının söndürülməsi üçün əraziyə Ağsu ilə yanaşı, Kürdəmir, Ucar və Şamaxı rayonlarından da yanğınsöndürən biriqada və texnikalar cəlb olunub. Lakin dağlıq ərazinin bəzi hissələrinə texnikaların göndərilməsi mümkün olmayıb. Bu səbəbdən yanğının söndürülməsi üçün daha çox əl əməyindən istifadə olunur.

Hazırda alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ