SON DƏQİQƏ
» » Türkiyədə azərbaycanlı mafiya başçısı tutuldu

Türkiyədə azərbaycanlı mafiya başçısı tutuldu

Tarix:

29-08-2018, 21:18

/ 10 447 dəfə oxundu.
Türkiyədə azərbaycanlı mafiya başçısı tutuldu

Türkiyədə axtarışda olan Anbar S. adlı azərbaycanlı mafiya lideri saxlanılıb. 

GunAz.az xəbər verir ki, DHA agentliyinin məlumatına görə, həmin şəxs İstanbulda həbs olunub.

Məlumata görə, 49 yaşlı şəxs İstanbul Təhlükəsizlik Müdirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsinin əməkdaşları tərəfindən yaxalanıb və onun yaxın zamanda Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.

Anbarın üzərində müxtəlif şəxslərə aid saxta vəsiqələr də götürülüb.

Bundan əlavə, onun 2017-ci ilin dekabrın 18-də Maltəpə həbsxanasından Ərzurum cəzaçəkmə müəssisəsinə köçürülən zaman kortejdən qaçdığı bəlli olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ