SON DƏQİQƏ

2 nəfər manqal qalayarkən yanıb

Tarix:

6-08-2018, 22:03

/ 10 761 dəfə oxundu.
2 nəfər manqal qalayarkən yanıb

Sumqayıt şəhərində 22 yaşlı gənc kabab bişirərkən yanıb. Belə ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsindəki Gecəqondu məhəlləsində qeydə alınıb.

GunAz.az bildirir ki, Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Araz Arzu oğlu İsmayılov yaxınları ilə birgə manqal qalamaq istəyib. O, kömürün üzərinə kerosin əvəzinə səhvən benzin töküb. Nəticədə gənc və yaxınlıqda olan digər bir nəfər yanıq xəsarətləri alıb. Yaralılar Bakı şəhəri 5 saylı Klinik Xəstəxanasına aparılıblar. A.İsmayılovun vəziyyətinin ağır olduğu bildirilir. Digər yaralı isə müalicədən imtina edərək xəstəxanadan qaçıb.

Hazırda baş vermiş hadisənin dəqiq səbəbləri araşdırılır.(Report.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ