Bakının Binəqədi rayonunda baş verən yanğın söndürülüb.
Gunaz.az-a FHN-dən verilən məlumata əsasən, Ağac Emalı Zavodunun ərazisində baş verən (hazırda fəaliyyət göstərmir) yanğın söndürülüb. İlkin məlumata görə, təxminən 500 m² ərazidə işlənmiş avtomobil şinləri yanıb.
Əlavə məlumat veriləcək.