Bakının Nəsimi rayonunda 9 yaşlı uşağa qarşı soyğunçuluq edilib.
Gunaz.az xəbər verir ki, Alı Mustafayev küçəsi 19-da yaşayan 2009-cu il təvəllüdlü Gülər Babayeva həyətlərində oynayarkən tanımadığı şəxs onun qulağındakı qızıl sırğanı çıxardaraq ərazidən uzaqlaşıb.
G.Babayeva evə gələn zaman valideyini uşağın qulağında sırğanı görmədikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Faktla bağlı Nəsimi RPİ-də təhqiqat araşdırmalarına başlanılıb.