SON DƏQİQƏ
» » Bakı şəhərində 138 odlu silah və 10 qumbara aşkar edilib

Bakı şəhərində 138 odlu silah və 10 qumbara aşkar edilib

Tarix:

19-01-2017, 18:26

/ 4 034 dəfə oxundu.
Bakı şəhərində 138 odlu silah və 10 qumbara aşkar edilib

2016-cı ildə Bakı şəhəri üzrə keçirilən əməliyyat zamanı 269 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Gunaz.az DİN-ə istinadən xəbər verir ki, bu barədə yanvarın 19-da daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2016-cı ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov deyib.
İdarə rəisi bildirib ki, hesabat dövründə 138 odlu silah, 10 qumbara, 9125 ədəd döyüş patronu yığılıb, əməliyyat yolu ilə qanunsuz saxlanılan və gəzdirilən 61 odlu silah götürülüb.
Paytaxtın polis orqanlarının istintaq qurumları tərəfindən istintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 66,6 faizi ödətdirilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ