SON DƏQİQƏ

Qeyrətini saxla sən

Tarix:

25-06-2019, 12:53

/ 2 482 dəfə oxundu.
Qeyrətini saxla sən

 

Mühakimə eyləyir ogrular dogruları , 
Yarməmməd, lal Hüseyn, yastı Salman kimilər . 
Ədəbiyyat bilməyən özü ədəb öyrədir , 
Yarməmməd ,lal Hüseyn, yastı Salman kimilər .

Aranı qatanların aqibəti bilinər . 
Adı gözümdən düşər , ürəyimdən silinər . 
Şəbədə gəzdirməyə adət edən o kəslər , 
Yarməmməd ,lal Hüseyn, yastı Salman kimilər .

İkiüzlü olanlar bir xəzələ dönəcək , 
Alçalacaq ,insanlıq zirvəsindən enəcək . 
Xainlər tez əriyən bir şam kimi sönəcək , 
Yarməmməd ,lal Hüseyn, yastı Salman kimilər .

Gəl düşmə el gözündən ,  qiymətini saxla sən , 
İnsanlıgın zinəti ,qeyrətini saxla sən . 
Nə agsaqqal sanırsan, nə də hörmət bilənsən, 
Yarməmməd ,lal Hüseyn, yastı Salman kimilər.

Şişqarın girdə başa bil ki, bəla gətirər , 
Zəvzək arvad ərini çərlədib tez itirər . 
Sancın tutsa , həkimə görən kimlər yetirər ? 
Yarməmməd , lal Hüseyn, yastı Salman kimilər .

Sərxoş olub yatanlar günaha da batırlar , 
Torpaq alıb satanlar namusu da satırlar . 
Hər zaman yalan deyib mərd qolunu çatırlar , 
Yarməmməd ,lal Hüseyn, yastı Salman kimilər .

İmtahan vaxtı yenə suyu bulandırırlar , 
Qan çıxmayan yaranı eşib sulandırırlar . 
Əsas hədəfdən bizi niyə yayındırirlar , 
Yarməmməd , lal Hüseyn , yastı Salman
kimilər.

Ləyaqətin uduzan eldə rüsvay olacaq , 
İtirəcək huşunu , əl qoynunda qalacaq . 
Ədalətin hökmüylə cəzasını alacaq , 
Yarməmməd ,lal Hüseyn , yastı Salman kimilər .

Rauf İlyasoglu . 
Könül duygularım kitabimdan

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ