SON DƏQİQƏ
» » PKK-ya qarşı genişmiqyaslı əməliyyatlar başlayıb

PKK-ya qarşı genişmiqyaslı əməliyyatlar başlayıb

Tarix:

5-01-2017, 10:06

/ 1 961 dəfə oxundu.
PKK-ya qarşı genişmiqyaslı əməliyyatlar başlayıb

Türkiyənin Diyarbəkir vilayətinin Lice rayonunda yerləşən bəzi kəndlərin sakinlərinin küçəyə çıxması qadağan edilib.
Buna səbəb Türkiyə Silahlı Qüvvələrinin bölgədə PKK terror təşkilatına qarşı genişmiqyaslı xüsusi əməliyyatlara başlamasıdır.
Valililiyin elan etdiyi xəbərə görə, Türkiyə Silahlı Qüvvələri Lice rayonunda fəaliyyət göstərən, aralarında yüksək səviyyəli PKK üzvlərinin də olduğu ehtimal edilən terrorçuların zərərsizləşdirilməsi, bölgədə PKK-ya məxsus olan gizli sığınacaq, silah-sursat və ərzaq anbarlarının məhv edilməsi üçün xüsusi əməliyyat keçirəcək. Sakinlərin küçəyə çıxışına qadağa bu gün saat 05:00-dan etibarən növbəti xəbərdarlığa qədər davam edəcək.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ