SON DƏQİQƏ
» » Avropanın 3 nəhəngi: İran nüvə silahı hazırlayır

Avropanın 3 nəhəngi: İran nüvə silahı hazırlayır

Tarix:

17-04-2021, 19:00

/ 1 930 dəfə oxundu.
Avropanın 3 nəhəngi: İran nüvə silahı hazırlayır

Fransa, Almaniya və İngiltərə İranın yüksək dərəcədə zənginləşdirilmiş uran istehsalı ilə bağlı ortaq açıqlama yayıb.

GünAz.az xəbər verir ki, birgə açıqlamada İranın uranı mülki ehtiyacdan daha yüksək səviyyəyə qədər zənginləşdirərək nüvə silahı istehsalı istiqamətində təhlükəli bir addım atdığı bildirilib.

"Dinc məqsədlər üçün İranın bu səviyyədə uranı zənginləşdirməsinə ehtiyacı yoxdur.

İranın Natanz nüvə obyektinə əlavə 1000 sentrifuqa qurmağı planlaşdırdığı və bunun uranın zənginləşdirmə imkanlarını əhəmiyyətli dərəcədə artıracağı ilə bağlı narahatlığımızı dilə gətiririk", - açıqlamada bildirilib.

Qeyd edək ki, İran uranın zənginləşdirilməsini 60%-ə qaldıracağını, hətta 90% zənginləşdirmə imkanının olduğunu elan edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ